Anthropic səhmləri IPO qiymətindən 34% yüksək səviyyədə ticarətə başlayıb: Şirkət təxminən 2 trilyon dollar dəyərləndirilib


Anthropic səhmləri Nasdaq birjasında 111,50 dollar səviyyəsində ticarətə başlayıb. Bu, bir gün əvvəl axşam IPO zamanı müəyyən edilmiş qiymətdən 34% yüksəkdir. Bloomberg yazır ki, şirkətin səhmləri ANT tikeri ilə ticarət olunur. Hərrac Nyu-York vaxtı ilə saat 11:50-də başlayıb.
NBC News-un məlumatına görə, açılış qiyməti əsasında Anthropic-in bazar dəyəri təxminən 2 trilyon dollar təşkil edib. Bu göstərici iyunda IPO keçirən SpaceX-in 1,8 trilyon dollarlıq qiymətləndirilməsindən yüksəkdir. Anthropic-in səhmlərinin yerləşdirilməsi tarixdə ən böyük IPO olub. Şirkət və onun yeddi təsisçisi özəl yerləşdirmə də daxil olmaqla, hər səhm üçün 83 dollar qiymətlə ümumilikdə 107,3 milyard dollar cəlb edib.
Səhmlərə tələbat o qədər yüksək olub ki, sifariş verən təxminən 1200 institusional investorun yarıdan çoxuna səhm çatmayıb. Avropa fondlarının əksəriyyəti də səhm ala bilməyib. Anthropic səhmlərinin ticarətə başlaması fonunda bütün texnologiya sektoru yüksəlib, Nasdaq Composite indeksi 1,9%-dək artıb.