SOCAR-ın törəmə şirkətinin kapitalı 18.85 milyon manata çatdırılıb


Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “SOCAR BTBK” MMC-nin nizamnamə kapitalı daha 4.74 milyon manat və ya 33.6% artırılaraq 18.85 milyon manata çatdırılıb.
Banker.az xəbər verir ki, şirkətin kapitalı əvvəlki 14.11 milyon manatdan 18.85 milyon manata yüksəlib.
“SOCAR BTBK”nin kapitalı bundan əvvəl də əhəmiyyətli dərəcədə artırılmışdı. Belə ki, ilkin olaraq 1 000 manat kapitalla təsis edilən şirkətin sərmayəsi 14.11 milyon manata çatdırılmışdı. Son dəyişikliklə birlikdə şirkətin nizamnamə kapitalı təsis edildiyi dövrlə müqayisədə 18 851 dəfə böyüyüb.
2025-ci ilin mayında yaradılmış “SOCAR BTBK”nin direktoru Fərhad İbadov İbad oğludur. Fərhad İbadov daha əvvəl SOCAR-ın Geologiya və geofizika şöbəsinin rəisi vəzifəsində çalışıb. O, bu vəzifədə neft-qaz layihələri üzrə geoloji risklərin qiymətləndirilməsi və geofiziki tədqiqatlarla bağlı məsələlərdə iştirak edib.
Dərc vaxtına görə
