“Ordu” CEV Çelenc Kubokunda növbəti mərhələyə yüksəlib


Kişi voleybolçulardan ibarət “Ordu” komandası CEV Çelenc Kubokunun 1/32 final mərhələsinin cavab oyununda da qələbə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Norveçin “Forde VBK” kollektivi ilə qarşılaşıb. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən görüş “Ordu”nun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Setlər üzrə hesab 25:18, 25:18 və 25:18 olub.
Qeyd edək ki, komandalar arasında Norveçdə keçirilən ilk görüşdə də Azərbaycan təmsilçisi rəqibini 3:0 (25:11, 25:17, 25:19) hesabı ilə məğlub etmişdi.
