“Barselona”ya keçmək variantını gözdən keçirir


“İnter”in müdafiəçisi Alessandro Bastoni karyerasını “Sabah”ın UEFA Çempionlar Liqasında rəqibi olan “Barselona”da davam etdirmək variantını nəzərdən keçirir.
Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
“Barselona”nın idman direktoru Deku müdafiə xəttini gücləndirmək üçün italiyalı oyunçunun transferini dəstəkləməkdə davam edir. Mümkün keçidin dəyərinin təxminən 40 milyon avro olacağı bildirilir.
27 yaşlı futbolçu 2026/27 mövsümündə İtaliya A Seriyası və Çempionlar Liqasında ümumilikdə 13 oyunda meydana çıxıb və 1 qol vurub. Onun “İnter”lə müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.
