SKYDAGGER HUNTER və TOYCA-05 SKY SHOW 2026 sərgisində hədəfləri vurub


SKYDAGGER şirkəti Konya vilayətinin Karapınar rayonunda keçirilən SKY SHOW 2026 tədbirində HUNTER önləyici PUA-sının və TOYCA-05 kamikadze PUA-sının hədəfləri uğurla vurduğunu açıqlayıb.
Ordu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
SKYDAGGER şirkəti Konya vilayətinin Karapınar rayonunda təşkil olunan SKY SHOW 2026 tədbiri çərçivəsində keçirdiyi nümayiş zamanı HUNTER önləyici PUA-sının və TOYCA-05 kamikadze PUA-sının müəyyən edilmiş hədəfləri uğurla vurduğunu bildirib.
Şirkətin yaydığı məlumata görə, HUNTER ASELSAN tərəfindən hazırlanan AURA 200-G radarından əldə edilən hədəf məlumatları əsasında, əl ilə idarəetmə üsulu ilə hədəf təyyarəni məhv edib.
TOYCA-05 isə avtonom dalış qabiliyyətini nümayiş etdirərək müəyyən edilmiş hədəfi dəqiq zərbə ilə vurub.
SKYDAGGER şirkəti paylaşımını “İki platforma. İki hədəf. Dəqiq zərbə”, - ifadələri ilə təqdim edib.
Sevinc Əliyeva Ordu.az
