ABŞ-da “Nvidia”ya qarşı araşdırma başladıldı


ABŞ-ın Kaliforniya ştatının baş prokuroru Rob Bonta dünyanın aparıcı çip istehsalçılarından olan “Nvidia” şirkətinə qarşı araşdırmaya başlayıb.
Modern.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Araşdırma şirkətin keçmiş baş direktoru Censen Huanqın istefasından sonra başladılıb.
Məlumata görə, Rob Bonta baş ofisi Kaliforniyanın Santa-Klara şəhərində yerləşən texnologiya nəhənginə rəsmi sorğu göndərərək araşdırma çərçivəsində müvafiq məlumatların təqdim olunmasını tələb edib.
“Biz xüsusilə ‘Nvidia’nın qabaqcıl çiplərinin və ya şirkətə məxsus məxfi məlumatların Çinə ötürülüb-ötürülmədiyini, həmçinin şirkətin investorları və ictimaiyyəti yanlış məlumatlandırıb-məlumatlandırmadığını araşdırırıq”, – deyə baş prokuror bildirib.
Qeyd edək ki, araşdırma Censen Huanqın Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən qadınla münasibətinə dair iddialardan sonra gündəmə gəlib. Huanq ötən həftə şirkətin baş direktoru vəzifəsindən istefa verib.
Hazırda araşdırma davam edir. Şirkətin qanun pozuntusuna yol verib-vermədiyi hələ müəyyənləşdirilməyib.
Dərc vaxtına görə