Siril Qan UFC 334-də titulunu qorudu


UFC 334 turnirində ağır çəki dərəcəsində titul döyüşü baş tutub.
Offsideplus.az xəbər verir ki, fransalı döyüşçü Siril Qan (15-2-0, 1 NC) amerikalı Coş Hokitə (10-1) qarşı qəfəsə çıxıb. Qarşılaşma beş raund davam edib və hakimlərin yekdil qərarı ilə Qan 48-47 hesabı ilə qalib gəlib.
Hokit üçün bu, karyerasında ilk titul döyüşü olub.
O, UFC-də debütünü 2025-ci ildə edib və cəmi dörd döyüşdən sonra titul şansını qazanıb. Siril Qan isə karyerası ərzində beşinci dəfə titul uğrunda döyüşüb: iki dəfə müvəqqəti kəmər üçün (Derrik Lyuis və Aleks Pereyra üzərində qələbə), üç dəfə isə əsas titul üçün (Frensis Nqanunu və Con Cons qarşısında məğlubiyyət, Tom Aspinalla qarşı döyüş isə baş tutmamış hesab edilib).
