Şimali Koreya Yonbyon nüvə kompleksində uranın zənginləşdirilməsi müəssisəsini genişləndirir


Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi kompleksdə aparılan tikinti işlərinin ölkənin nüvə proqramının genişləndirilməsinə işarə etdiyini bildirib.
Ordu.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi açıqlama verib.
Şimali Koreya əsas nüvə kompleksi olan Yonbyonda uranın zənginləşdirilməsi müəssisəsini genişləndirir.
Rafael Qrossinin sözlərinə görə, bu, Şimali Koreyanın nüvə proqramının daha da genişləndirildiyini göstərir.
Qrossi bildirib ki, Yonbyondakı ilkin uran zənginləşdirmə müəssisəsinin genişləndirilməsi üzrə işlər 2026-cı ilin sentyabr ayının ortalarından davam edir.
Oktyabrın sonuna qədər kompleksin yeni binasının xarici hissəsinin tikintisi artıq başa çatdırılıb.
BAEA-nın baş direktoru Şimali Koreyanın uranın zənginləşdirilməsi proqramını genişləndirməyə davam etməsinin beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq doğurduğunu vurğulayıb.
Bununla yanaşı, agentliyin Yonbyon nüvə kompleksinə və Şimali Koreyanın digər obyektlərinə birbaşa çıxışı yoxdur.
Şimali Koreya 2009-cu ildə BAEA müfəttişlərini ölkədən çıxarıb. Bundan sonra beynəlxalq ekspertlər həmin ərazilərdə yoxlamalar aparmaq imkanını itiriblər.
Hazırda agentlik ölkənin nüvə proqramının inkişafını peyk görüntüləri və açıq mənbələrdən əldə edilən məlumatların təhlili vasitəsilə izləyir.
Pxenyan əvvəllər Yonbyon kompleksini nüvə proqramının “ürəyi” adlandırıb.
Nüvə silahları yüksək zənginləşdirilmiş urandan və ya silah dərəcəli plutoniumdan hazırlana bilər. Yonbyon kompleksində Şimali Koreyaya bu materialların hər ikisini istehsal etməyə imkan verən müəssisələr mövcuddur.
Ötən il Cənubi Koreyanın Birləşmə naziri Çon Don Yon Şimali Koreyanın dörd uran zənginləşdirmə müəssisəsinə malik olduğunu bildirmişdi.
Sevinc Əliyeva Ordu.az
1 mənbə