Si Cinpin Trampı təyyarənin pilləkənləri önündə şəxsən qarşılayıb


Çin prezidenti Si Cinpin ABŞ prezidenti Donald Trampı Şençjendə hava limanında şəxsən qarşılayıb, iki lider əl sıxıb və qucaqlaşıb.
Ordu.az xəbər verir ki, bu barədə yayımlanan qarşılanma mərasiminin görüntülərində əks olunub.
Çin prezidenti Si Cinpin ABŞ prezidenti Donald Trampı Şençjendə təyyarənin pilləkənləri önündə şəxsən qarşılayıb.
Qarşılanma mərasiminin yayımında göründüyü kimi, liderlər bir-birinin əlini sıxıb və qucaqlaşıblar.
İki ölkənin rəhbərləri bir neçə kəlmə söhbət etdikdən sonra ABŞ prezidenti avtomobilə əyləşərək uçuş-enmə zolağından ayrılıb.
Rusiya, ABŞ və Çin liderlərinin üçtərəfli danışıqlarının cümə axşamı keçirilməsi planlaşdırılır.
Sevinc Əliyeva Ordu.az
