Si Cinpin: Çin APEC-də praktiki əməkdaşlığı dəstəkləmək üçün 20 milyon dollar ayıracaq


Bakı, 19 noyabr, AZƏRTAC
Pekin praktiki əməkdaşlığı dəstəkləmək üçün 20 milyon dollar vəsait ayırmaq niyyətindədir.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin Şencen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü zirvə toplantısının plenar iclasında bəyan edib.
“Çin Asiya-Sakit Okean regionu ilə sıx bağlıdır və bu regionda əməkdaşlığı dəstəkləməyə davam edəcək. Çin praktiki əməkdaşlığın dəstəklənməsi üçün 20 milyon dollar ayıracaq”, – deyə Si Cinpin vurğulayıb.
Dərc vaxtına görə