Si Cinpin böyük dövlətlər arasında əməkdaşlığa dair dörd təklif verdi


BAKI, 19 noyabr. TELEQRAF
“Çin böyük dövlətlərin bir-biri ilə necə qarşılıqlı fəaliyyət göstərməli olduğuna dair dörd bənddən ibarət təklif irəli sürür”.
Teleqraf xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin bəyan edib.
“Birincisi, qarşılıqlı hörmət prinsipinə əməl etmək. İkincisi, dinc yanaşı yaşamaq prinsipinə riayət etmək”, - Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla keçirilən üçtərəfli görüşdə bildirib.
Çin liderinin sözlərinə görə, üçüncü prinsip əməkdaşlıq və qarşılıqlı faydalı inkişaf prinsipinə riayət etməkdir.
Dördüncü və sonuncu prinsip isə dialoq və məsləhətləşmələrə üstünlük verməkdir.
Dərc vaxtına görə
Teleqraf.azoxuduğunuz
Si Cinpin böyük dövlətlər arasında əməkdaşlığa dair dörd təklif verdi
