Şevçenko etiraz etdi


Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko Mixail Mudrikin milli komandanın ünvanına səsləndirdiyi dopinq ittihamlarını rədd edib.
Futbolpress.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
2024-cü ilin sonunda dopinq-testində meldonium aşkarlanan Mudrik son müsahibəsində qadağan olunmuş preparatın orqanizminə Ukrayna millisinin təlim-məşq toplanışı zamanı düşə biləcəyini iddia edib. Şevçenko isə assosiasiyanın məsələ ilə bağlı araşdırma apardığını və yığmanın üzvlərinin peşəkarlığına güvəndiyini bildirib:
“UFA bu məsələ ilə bağlı bütün zəruri yoxlamaları aparıb. Mudrikin nümayəndələrinin tələb etdiyi məlumatları onlara təqdim etmişik. Milli komandada çalışan insanları uzun illərdir tanıyıram və onlara güvənirəm. Əgər Mixailin sözlərini təsdiqləyən sübutları varsa, onları təqdim etsin. Əks halda, ittihamlarını geri götürməsini və peşəkarlığını şübhə altına aldığı insanlardan üzr istəməsini gözləyirəm”.
Qeyd edək ki, 2023-cü ildə 70 milyon avroya “Şaxtyor”dan (Donetsk) “Çelsi”yə keçən Mudrik London təmsilçisinin heyətində 73 oyunda 10 qol vurub, 11 məhsuldar ötürmə edib.
1 mənbə
