Veron həmyerlisinin tərəfini tutdu

Argentina millisinin sabiq futbolçusu Xuan Sebastyan Veron “Real”ın hücumçusu Franko Mastantuononun oyun keyfiyyətləri barədə danışıb.
1Sport.az xəbər verir ki, Veron icarə əsasında “Fiorentina”da çıxış edən argentinalı futbolçunun sürətini və driblinq bacarığını yüksək qiymətləndirib:
“Frankonun driblinq bacarığı və sürəti yüksəkdir. Lakin o, Niko Pasdan üç yaş kiçik olduğu üçün daha az yetkindir. Texnika və cəsarət baxımından inkişaf etməlidir. “Real” ona görə “River Pleyt”ə 45 milyon avro ödəyibsə, deməli, bunun səbəbi var”.
Qeyd edək ki, 19 yaşlı futbolçu 2025-ci ildə “River Pleyt”dən “Real”a, daha sonra isə icarə əsasında “Fiorentina”ya keçib.
