Səudiyyə Ərəbistanının vəliəhdi ABŞ Mərkəzi Komandanlığının rəhbəri ilə regional vəziyyəti müzakirə edib


Bakı, 19 noyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının vəliəhdi, Nazirlər Şurasının sədri Məhəmməd bin Salman Ər-Riyadda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperi və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri, xüsusilə hərbi sahədə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Tərəflər, həmçinin regionda mövcud vəziyyətin inkişafını müzakirə ediblər.
Bundan əvvəl Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman Ər-Riyadda admiral Bred Kuperlə görüşüb.
Görüş zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri, regionda təhlükəsizlik, sabitlik və sülhün təmin olunması yolları, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dərc vaxtına görə