Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndə husilərin 60 hərbi obyektini vurub


18.11.2026 - 21:12
19
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndə husilərə məxsus 60 hərbi hədəfə hava zərbələri endirdiyini açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, koalisiyanın sözçüsü Türki əl-Maliki bildirib ki, zərbələr paytaxt Səna, Hudeydə, Əmran və Səada vilayətlərində həyata keçirilib.
Əməliyyatın əsas məqsədinin husilərin ballistik raket və pilotsuz uçuş aparatları imkanlarını zəiflətmək, həmçinin dəniz təhlükəsini aradan qaldırmaq olduğu bildirilib.
Açıqlamaya görə, hücumlar zamanı ballistik raketlərin saxlanıldığı yeraltı tunellər, pilotsuz uçuş aparatlarının yığılması və saxlanılması üçün istifadə edilən obyektlər hədəfə alınıb.
Zərbələr husilərin Bab əl-Məndəb boğazı yaxınlığında mövqelərini gücləndirməsi və bölgədə hərbi əməliyyatların intensivləşməsi fonunda həyata keçirilib.
Rauf
