Səudiyyə Ərəbistanına raket hücumu!Ər-Riyadın üzərinə atılan 3 ballistik raket məhv edilib


Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası Yəməndə husilərin paytaxt Ər-Riyada həyata keçirdiyi raket hücumunun qarşısı alındığını açıqlayıb.Səudiyyə Ərəbistanını hədəf alan 3 ballistik raketin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi bildirilib.
Ərəb Koalisiyasının sözçüsü general-mayor Turki əl-Maliki sosial media hesabından verdiyi açıqlamada Yəməndəki husilərin Səudiyyə Ərəbistanına raket hücumu həyata keçirdiyini bildirib.
izmedia.az xəbər verir ki, maliki paytaxt Ər-Riyad istiqamətində atılan 3 ballistik raketin ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edildiyini açıqlayıb.
HÜCUM CƏHƏDİ BLOK OLUNUB
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası hava hücumundan müdafiə sistemlərinin müdaxiləsi ilə hücumun qarşısının alındığını bildirib.Açıqlamada hücumdan sonra hər hansı can itkisi və ya maddi itki olub-olmadığı ilə bağlı hər hansı təfərrüat paylaşılmayıb.
1 mənbə