Sərxoş halda saxlanıldı, idarə etdiyi “Range Rover”i yandırmaq istədi - Bakıda


Bakıda Binəqədi rayonu ərazisində “Range Rover” markalı avtomobillə yol hərəkət qaydasını pozan sürücünün sərxoş olduğu müəyyənləşib.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, saxlanılan zaman polisin qanuni tələbinə məhəl qoymayan 2002-ci il təvəllüdlü sürücü tabesizlik göstərib.
Səs-küy salaraq ictimai qaydanı kobud şəkildə pozan sürücü avtomobilini yandırağacağını bildirib.
Polis şöbəsinə aparılan 24 yaşlı şəxslə bağlı İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib, avtomobil isə duracağa yerləşdirilib. Sürücü məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs olunub.
1 mənbə