Sərnişin avtobusunda oğurluq - Həbs olunan var


Bakıda sərnişin avtobusunda oğurluq edən şəxs həbs olunub.
Xitab24.az-ın məlumatına görə, hadisə 7A saylı sərnişin avtobusunda baş verib.
1980-ci il təvəllüdlü şəxs digər sərnişinə məxsus içərisində 175 manat dəyərində avtomobil ehtiyat hissəsi olan sellofan torbanı oğurlayıb.
Polisin araşdırması nəticəsində əməli törədənin F.T adlı şəxs olduğu müəyyənləşib.
O, məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs olunub.
Demokrat.az+1 mənbə