Serbiya parlamenti ikinci gündür yeni sədrini seçə bilmir


Serbiya parlamentində yeni çağırış qanunverici orqanın sədrinin seçilməsi ilə bağlı səsvermə ikinci gündür baş tutmur.
Gunxeber.Az xəbər verir ki, hakim “Tələbə siyahısı” parlament sədrliyinə Belqrad Universitetinin nəqliyyat fakültəsinin dosenti Aleksandar Çupiçin namizədliyini irəli sürüb.
Yeni sədr müəyyənləşənədək parlamentin iclaslarına ən yaşlı deputat, müxalif Serbiya Tərəqqi Partiyasının nümayəndəsi Stoyan Radenoviç rəhbərlik edir.
“Tələbə siyahısı”nın bəzi deputatları səsvermə prosesinin tezləşdirilməsi məqsədilə çıxış etməkdən imtina ediblər. Müxalifət nümayəndələri isə parlament müzakirələrində fəal iştiraklarını davam etdirirlər.
Parlamentin növbəti iclasının cümə axşamı keçirilməsi nəzərdə tutulur.
Deputatlar çərşənbə axşamı and içiblər. Bundan sonra ölkədə yeni hökumətin formalaşdırılması üçün 90 günlük müddət başlayıb. Bu müddət ərzində hökumət yaradılmasa, parlament buraxılacaq və növbədənkənar seçkilər keçiriləcək.
Qeyd edək ki, Serbiyada növbədənkənar parlament seçkiləri oktyabrın 25-də keçirilib. Seçkilərdə hökuməti müstəqil şəkildə formalaşdırmaq üçün kifayət qədər mandat əldə edən “Tələbə siyahısı” qalib gəlib.
Xəbərlərimizi Google-da izləyin Yeniliklərdən dərhal xəbərdar olun
02:00
01:30
01:00
00:15
16:14
05:30
Dərc vaxtına görə
