SEPAH: Buşehr sahillərində ABŞ-nin kəşfiyyat PUA-sı vurulub

İran Fars körfəzinin şimalında, Buşehr sahillərində ABŞ-yə məxsus pilotsuz uçuş aparatını (PUA) məhv edib.
"Report" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən "Tasnim" agentliyi məlumat yayıb.
"Bir neçə dəqiqə əvvəl SEPAH-ın Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə bölmələrinin döyüşçüləri hava məkanını pozan düşmənə məxsus bir kəşfiyyat PUA-sını Şimali Fars körfəzində, Buşehr sahillərində dəqiq və effektiv atəşlə vuraraq məhv ediblər", - SEPAH-dan bildirilib.
Qeyd olunub ki, İranın hava məkanının hər hansı şəkildə pozulması qətiyyən qəbul edilməyəcək: "Düşmənin müxtəlif kəşfiyyat və hərbi texnikalardan istifadə cəhdləri döyüşçülərin sayıqlığı, hazırlığı və qətiyyətli cavabı ilə qarşılanacaq".
Pilotsuz uçuş aparatı (PUA) İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-İran gərginliyi Təbii fəlakət Fars körfəzi
Oxşar xəbərlər
Dərc vaxtına görə