Şəhid Munis Abbaslı küçəsində abadlıq və quruculuq işləri həyata keçirilir


Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində həyata keçirilən abadlıq və quruculuq işləri çərçivəsində Şəhid Munis Abbaslının adını daşıyan küçədə səkilərin yenilənməsi istiqamətində işlər aparılır. Hazırda küçədə mövcud səkilərin sökülməsi prosesi sürətlə davam etdirilir. Söküntü işləri başa çatdıqdan sonra ərazidə yeni səkilərin salınması, bordür daşlarının quraşdırılması və səki örtüyünün yenilənməsi işləri həyata keçiriləcək.
Rayonda infrastrukturun yaxşılaşdırılması, küçə və yolların abadlaşdırılması istiqamətində tədbirlər mərhələli şəkildə davam etdirilir.
1 mənbə
