Şəhid Azər Vəliyevin məzarı ziyarət olunub


Ağdaş rayonunun Orta Ləki kəndində şəhid Vəliyev Azər Vəli oğlunun növbəti ildönümü ilə əlaqədar məzarı ziyarət olunub.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və ictimaiyyət nümayəndələri şəhidin məzarı önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər yolunda canından keçən qəhrəman Vətən övladlarının misilsiz şücaəti xalqımızın qürur mənbəyi olaraq yaddaşlarda əbədi yaşayacaq, onların müqəddəs xatirəsi daim uca tutulacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!