Şəhid ataları qəzada xəsarət alan şəhid atasını ziyarət ediblər


Cəmiyyət
0 0
Bugün 20:18
Noyabrın 13-də Çeşməbasar kəndi ərazisində “KamAZ” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan Habil Məmmədov ziyarət edilib.
Bu gün şəhid Amin Gülməmmədovun atası Mais Gülməmmədov və şəhid Bağır Ələkbərlinin atası Əsəd Ələkbərli Habil Məmmədovla görüşüblər.
Şəhid ataları ona baş çəkərək şəfa diləyib, tezliklə sağalmasını arzulayıblar.
Qeyd edək ki, Habil Məmmədov şəhid Zaman Məmmədlinin atasıdır.