Sədr müavini: Bütün proseslər sistemləşdirilərək avtomatlaşdırılır


Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Reklam Agentliyi olaraq ən vacib məqsədimiz sahibkarlara keyfiyyətli, operativ, şəffaf xidmət göstərilməsidir. Bilirsiniz ki, Azərbaycanda 2025-ci ildə Rəqəmsal İnkişaf Konsepsiyası təsdiq olunub və 2026-cı ildə bununla bağlı sürətləndirmə fəaliyyət planı təsdiqlənib. Agentlik olaraq biz də bu il Yol xəritəsini formalaşdırıb tətbiq etmişik. Bütün proseslər sistemləşdirilərək avtomatlaşdırılır. Bu da ona gətirib çıxaracaq ki, sahibkar bugünkü gündə operativ şəkildə həmin xidmətidən yararlana biləcək.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədrinin müavini Lalə Abdullayeva Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Dövlət- Biznes Əməkdaşlığı Forumunda "İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları" adlı panel sessiyada çıxış edərkən deyib.
Bir ilə yaxındır ki, bu istiqamətdə təlimlərin keçirildiyini xatırladan L. Abdullayeva sahibkarlarla da mütəmadi olaraq görüşlərin təşkil olunduğunu deyib: "Sahibkarlara tövsiyə xarakterli məlumatlar təqdim edirik. Əməkdaşlarımızın ixtisasartırılması istiqamətində də işlər də aparılır".
Müxbir - Günel Türksoy
Fotoqraf - Nicat Haşimov
Videooperator - Ceyhun Mustafayev
