"Səbail"də ayrılıq yaşandı - Üç ay əvvəl gəlmişdi


“Səbail” klubunda ayrılıq yaşanıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, klubun Futbol Akademiyasının direktoru Mirbağır İsayev postundan ayrılıb.
Onunla anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib.
İsayev bundan sonra yalnız UEFA-nın Elit Məşq Layihəsinin rəhbəri çalışacaq.
Qeyd edək ki, tanınmış mütəxəssis bu ilin martından AFFA-da Elit Məşq Layihəsinə rəhbər təyin olunub.
Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi "Səbail"də iki dəfə akademiyaya rəhbərlik edib, həmçinin əvəzedici komandada və aşağı yaşlılardan ibarət kollektivlərin baş məşqçisi olub.
Mirağa
