Şara Bullet ABŞ-da bəzi ştatlarda döyüşə bilmir


UFC döyüşçüsü Şara Bullet bəzi ABŞ ştatlarının Atletika komissiyalarının ona döyüşməyə icazə vermədiyini açıqlayıb. Onun sözlərinə görə, Nyu-Yorkda qəfəsə çıxmaq qadağandır, Las-Veqasda isə vəziyyət hələ dəqiqləşməyib. Döyüşçü bu məhdudiyyətləri problem hesab etmir və ABŞ-a getməməyin onun üçün üstünlük olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, Şara Bullet bütün UFC qarşılaşmalarını indiyədək Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Azərbaycanda keçirib. O qeyd edib ki, ABŞ-da döyüşmək məcburiyyətində qalsa, təşkilatın qərarına etiraz etməzdi. "Bu gözlə görürəm, amma nə gördüyüm başqa məsələdir. Karyeram bitəndən sonra hər şeyi danışacağam", – deyə döyüşçü əlavə edib.
