“Santa Barbara” seriallarının aktyoru vəfat etdi - Foto

Təxminən 200 film və televiziya layihəsində rol alan amerikalı aktyor Larri Poyndekster 66 yaşında vəfat edib.
News24.az xəbər verir ki, bu barədə “Deadline” nəşri məlumat yayıb.
Aktyor noyabrın 18-də səhər saatlarında xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, Larrin noyabrın 14-də yolu keçərkən onu avtomobil vurub.
Aktyor dörd gün xəstəxanada qalsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
O, qabırğalarının sınması səbəbindən əməliyyat ediləcəyi gün vəfat edib.
Qeyd edək ki, Larri Poyndekster geniş tamaşaçı auditoriyasına 2003-cü ildə çəkilmiş “S.W.A.T.” döyüş filmində polis kapitanı Tom Fullerin obrazı ilə tanınıb.
Aktyor televiziyada “Həyatımızın günləri” serialında Ben Uelç və ata Lui olmaqla iki fərqli obrazı canlandırıb.
Onun digər işləri arasında “Santa Barbara”, “Dostlar”, “Ananızla necə tanış oldum” və bir sıra məşhur layihələr də var.
Larrinin sonuncu rolu isə “Linkoln vəkili” serialının dördüncü mövsümündə olub.
Aktyordan həyat yoldaşı Kerol Kritser və iki oğlu yadigar qalıb.
Dərc vaxtına görə
