Samuxda ölümlə bitən qəzanın detalları məlum oldu


Samux rayonu ərazisində baş verən ağır yol qəzasının təfərrüatı məlum olub.
Xitab24.az-ın məlumatına görə, hadisə rayonun "Kür yolu" adlanan ərazisində qeydə alınıb.
Belə ki, "Chevrolet Niva" markalı nəqliyyat vasitəsinin idarəetmədən çıxaraq aşması nəticəsində Daşkəsən rayon sakini, 1994-cü il təvəllüdlü Aslanov İlyas İlham oğlu hadisə yerində ölüb
1981-ci il təvəllüdlü Məmmədov Əziz Kamran oğlu isə xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.
