Samuxda baş vermiş qəzada ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub - Foto/Video


Samuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qədili kəndi ərazisində baş verib. Belə ki, "Chevrolet Niva" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində Daşkəsən rayonunun Alaxançallı kənd sakini, 1994-cü il təvəllüdlü İlyas Aslanov aldığı xəsarətlərdən həyatını itirib.
Avtomobildə olan digər şəxs - onun həmyerlisi, 1981-ci il təvəllüdlü Əziz Məmmədov isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli
20:36
Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Kür yolu adlanan ərazisində qeydə alınıb.
Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində bir nəfər ölüb, daha iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
oxu.az/hadise/samux…
Qaynar xətt:
(055) 224 12 12
1 mənbə