Vəkil Orxan Kəngərlinin barəsində həbs qətimkan tədbiri seçildi


BAKI, 19 noyabr. TELEQRAF
Vəkil Orxan Rüstəm oğlu Kəngərlinin barəsində həbs qətimkan tədbirlərinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Teleqraf-ın xəbərinə görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə təqdimat təmin edilib və Orxan Kəngərli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Orxan Kəngərliyə qarşı Cinayət Məcəlləsinin 236.2.4 (narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə təhrik etmə) və 240-cı (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb.
O, həm Vəkillər Kollegiyasının üzvü, həm də “Alyans” Vəkil Bürosunun müdiri idi.