Şam ağacını bəzəyən işçini “tok” vurub öldürdü


Londonda şam ağacına işıqlandırma quraşdıran 40 yaşlarında bir işçi elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə noyabrın 18-də şəhərin şimalındakı Brent Cross ticarət mərkəzində baş verib.
Ağır xəsarət alan işçi xəstəxanaya çatdırılsa da, noyabrın 19-da vəfat edib.
Hadisədən sonra ticarət mərkəzi fəaliyyətini dayandırıb. İlkin ehtimala görə, qəza elektrik qısaqapanması nəticəsində baş verib.
Polis hadisənin səbəblərini araşdırır. Sağlamlıq və Təhlükəsizlik İcra Hakimiyyəti və Barnet Şurası da araşdırmaya başlayıb. Ticarət mərkəzinin nümayəndəsi hadisənin podratçı şirkətin apardığı işlərlə əlaqəli olduğunu bildirib.
Murad İsmayıl

Milli Səhiyyə TV+2 mənbə