Azərbaycan parlamentinin sədri Türkmənistanda Rusiya nümayəndəsi ilə görüşüb


17 mənbə əsasında
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının Türkmənistanda keçirilən payız sessiyası çərçivəsində Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüş keçirib. Tərəflər ikitərəfli münasibətlərin inkişaf səviyyəsini, parlamentlərarası dialoqun gücləndirilməsini və iqtisadi-humanitar sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Valentina Matviyenko azərbaycanlı həkarını gələn il Sankt-Peterburqda təşkil olunacaq tədbirlərdə iştirak etməyə dəvət edib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Sahibə Qafarova Matviyenko ilə görüşdü (FOTOLAR)
Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfəri çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Tiraj.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. MDB Parlamentlərarası Assambleyasının Türkmənistanda keçirilən Şura və 61-ci plenar iclasları çərçivəsində reallaşdırılan görüşdə MDB PA-nın ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı platforma olduğu diqqətə çatdırılıb. Bildirilib ki, hər iki ölkənin parlamentləri ölkələrimizin liderlərinin müəyyən etdiyi siyasi xəttə dəstək verərək, əlaqələrin hərtərəfli gücləndirilməsinə sadiqdirlər. Görüşdə parlament diplomatiyasının əhəmiyyəti vurğulanıb, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Qeyd olunub ki, bu baxımdan Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyası əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir. Söhbət zamanı ölkələrimiz və xalqlarımız arasında mövcud olan əlaqələrin parlamentlər çərçivəsində də davam etdirildiyi qeyd olunub. Parlamentarilərin Rusiya və Azərbaycan arasında əməkdaşlığın bütün spektrinin gücləndirilməsindəki rolu vurğulanıb, beynəlxalq parlament platformalarında qarşılıqlı fəaliyyətin əhəmiyyəti diqqətə çatdırılıb. Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının mühüm roluna da toxunulub, bununla yanaşı humanitar əlaqələrin vacibliyi vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Tam oxu Tiraj.az saytındaDərc vaxtına görə