“SAHA İstanbul” NATO EDGE 2026-da Türkiyə müdafiə sənayesinin imkanlarını beynəlxalq iştirakçılara təqdim edib


Təşkilat üzv şirkətləri ilə birlikdə İzmir şəhərində keçirilən tədbirdə texnologiya və istehsal imkanlarını nümayiş etdirib.
Ordu.az xəbər verir ki, bu barədə “SAHA İstanbul” sosial şəbəkə hesabında məlumat yayıb.
“SAHA İstanbul” üzv şirkətləri ilə birlikdə İzmir şəhərində təşkil olunan NATO EDGE 2026 tədbirində iştirak edib. Tədbir çərçivəsində Türkiyə müdafiə sənayesinin texnologiya hazırlamaq və istehsal imkanları beynəlxalq iştirakçılara təqdim olunub.
“SAHA İstanbul”un açıqlamasında bildirilib ki, tədbirdə Türkiyə müdafiə sənayesinin imkanları beynəlxalq platformada nümayiş etdirilib.
Təşkilatın məlumatına görə, üzv şirkətlər hazırladıqları innovativ həlləri təqdim etmək və NATO müttəfiqləri ilə yeni əməkdaşlıq imkanlarını qiymətləndirmək fürsəti əldə ediblər.
“SAHA İstanbul” paylaşımında bu fikirlərə yer verib:
“SAHA İstanbul” olaraq üzv şirkətlərimizlə birlikdə NATO EDGE 2026-da iştirak etdik. İzmir şəhərində keçirilən tədbirdə Türkiyə müdafiə sənayesinin texnologiya hazırlamaq və istehsal imkanlarını beynəlxalq iştirakçılarla bir araya gətirdik.
Üzv şirkətlərimiz hazırladıqları innovativ həlləri təqdim etmək və NATO müttəfiqləri ilə yeni əməkdaşlıq imkanlarını qiymətləndirmək fürsəti əldə etdilər”.
Sevinc Əliyeva Ordu.az
