Sabunçuda evlərdən oğurluq edən dörd nəfər saxlanılıb


Bakının Sabunçu rayonunda evlərdən oğurluq etməkdə şübhəli bilinən dörd nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Gunxeber.Az xəbər verir ki, iki rayon sakini polisə müraciət edərək yaşadıqları evlərdən ümumi dəyəri 1690 manat olan müxtəlif məişət əşyalarının oğurlandığını bildiriblər.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən A.Qarabəyli, N.Xəlilov, əvvəllər məhkum olunmuş R.Ağayev və F.Rzayev müəyyən edilərək saxlanılıblar.
Araşdırma zamanı həmin şəxslərin ev sahiblərinin mənzildə olmamasından istifadə etdikləri müəyyənləşib. Onların evlərin dəmir barmaqlıqlarını sındıraraq içəri daxil olduqları və məişət əşyalarını oğurladıqları bildirilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Xəbərlərimizi Google-da izləyin Yeniliklərdən dərhal xəbərdar olun
10:55
10:30
01:25
20:33
17:40
15:45
Dərc vaxtına görə
