"Sabah Tikinti" MTK-nın 785,9 min manatdan çox vergi borcu yaranıb


Paytaxtın Suraxanı rayonunda hüquqi qeydiyyatda olan "Sabah Tikinti" Mənzil-Tikinti Kooperativinin dövlət büdcəsinə külli miqdarda vergi borcu var.
32gun.az-ın əldə etdiyi xəbərə görə, kooperativin hazırkı vergi borcu 785.913,64 AZN (785,9 min manatdan çox) təşkil edir.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yaşayış Sahəsi D (Yeni Günəşli qəsəbəsi), ev 9, mənzil 176 ünvanında qeydiyyatda olan MTK-nın nizamnamə kapitalı 20 AZN, qanuni təmsilçisi isə Rüfət Rafiq oğlu Qocayevdir.
Ayaz