"Sabah" "Neftçi"nin qalibiyyət seriyasına son qoydu


Azərbaycan Basketbol Liqasında VII tura start verilib.
Offsideplus.az xəbər verir ki, turun açılış matçında mövsümün iddialı klubları – "Sabah" və "Neftçi" komandaları üz-üzə gəliblər. G
ərgin keçən qarşılaşmada "bayquşlar" rəqibini 93:78 hesabilə məğlub ediblər.
Bu nəticə ilə "ağ-qaralar" cari mövsüm ölkə çempionatında ilk dəfə uduzublar.
Xatırladaq ki, hər iki kollektiv həftə ortağı avrokuboklardakı oyunlarını qələbə ilə başa vurmuşdu. Belə ki, "Sabah" FIBA Çempionlar Liqasında "Trabzonspor"u, "Neftçi" isə FIBA Avropa Kubokunda "Mikonos"u müvafiq olaraq üstələməyi bacarmışdı.

Lent.az+1 mənbə