RUSİYAYA QARŞI YENİ HƏMLƏ - İngilislər Ukraynaya 1000-dən çox raket və 12-dən çox radar göndərir


GÜNDƏM
Bugün, 15:38
Böyük Britaniya Rusiyaya qarşı yeni həmləyə imza atıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, rəsmi London Ukraynaya 1000-dən çox qısamənzilli hava hücumundan müdafiə raketi və 240 milyon funt sterlinq dəyərində 12-dən çox radar göndərməyə qərar verib.
Məlumata əsasən, qeyd edilən sursatın tədarükünə dekabrın ortalarında başlanacaq.
Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq bildirib ki, Putin Ukraynaya qarşı müharibə qanunlarına zidd savaş aparır: "Putin sərt qış aylarını da ukraynalılara qarşı silah kimi istifadə edir. Biz bu sursatlaır Ukraynaya göndərməklə, ən azı enerji bloklarının qorunmasına yardım etmək istəyirik. Putin Ukrayna və əhalisini dondurucu soyuqla imtahana çəkməməlidir. Biz dinc əhalini dondurucu soyuqdan qorumaq üçün bir olmalıyıq"
Ues Stritinq Brüssel şəhərindəki NATO qərargahında keçirilən Ukrayna Müdafiə Əlaqə Qrupunun iclasında daha sonra bildirib ki, Ukraynaya əlavə olaraq 260 milyon dəyərində silah tədarükü edəcəklər: "Məlumat üçün deyimk, biz artıq Ukraynaya 400 yer-hava raketi göndərmişik. Yeni sursatlar xüsusilə enerji obyektlərini, şəhərləri və strateji nöqtələri hədəf alan Rusiya hava hücumlarına qarşı Ukraynanın müdafiə qabiliyyətini gücləndirəcək".
E.ARAZ
MİA.AZ
