İsveç yol nişanlarını dəyişdirəcək:

1 dəq oxu
Xəbər
20-11-2026 13:07
XƏBƏR
A+ Yazını böyüt
A- Yazını kiçilt
İsveç hakimiyyətinin mövcud yol nişanlarını Sovet T-80 tankına bənzədiklərinə görə dəyişdirmək qərarı axmaqlıqdır.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının reqlament və parlament təşkilatı komitəsinin sədri Vladimir Cabarov bildirib.
Cabarov onların boşboğazlıq etdiyini deyib: “Onların etməyə heç nələri yoxdur. Öz ölkələrində nə etdikləri bizim üçün maraqlı deyil. Sadəcə bizi rahat buraxın. Amma onlar Rusiyasız yaşaya bilməzlər. Heç olmasa bir yerdə nəsə xatırlama verməlidirlər. Bu, gülüncdür. Mən düşünürdüm ki, bu, ciddi bir ölkədir, ciddi insanları var, amma axmaq bir şeylə məşğul olurlar”.
Qeyd edək ki, bir müddət əvvəl Qərb mediası İsveçin hərbi nəqliyyat vasitəsini təsvir edən yeni yol nişanları quraşdırdığını bildirmişdi. Lakin sonradan illüstrasiyadakı nəqliyyat vasitəsinin sovet T-80 tankına bənzədiyi məlum olub. İndi nişanlar çıxarılacaq və yeniləri ilə əvəz olunacaq.
Bəxtiyar CƏFƏRLİ
Mənbə
1 mənbə



