Rusiyanın hərbi təyyarələri Cənubi Koreyanı hərəkətə keçirib


Rusiyaya məxsus bir neçə hərbi təyyarənin Cənubi Koreyanın hava hücumundan müdafiə tanınma zonasına daxil olması bölgədə hərbi fəallığa səbəb olub.
Xitab24.az Yonhap agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 17-də səhər saatlarında baş verib.
Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, Rusiya hərbi təyyarələri əvvəlcədən xəbərdarlıq etmədən ölkənin hava hücumundan müdafiə tanınma zonasına daxil olub.
Cənubi Koreya hərbçiləri təyyarələri zonaya daxil olmamışdan əvvəl aşkar edərək mümkün təhlükələrə qarşı qırıcıları havaya qaldırıblar.
Rusiya təyyarələri zonada qısa müddət qaldıqdan sonra ərazini tərk edib. Hadisə zamanı Cənubi Koreyanın suveren hava məkanının pozulmadığı bildirilib.
Qeyd edək ki, hava hücumundan müdafiə tanınma zonası dövlətin suveren hava məkanı hesab edilmir. Bu zona xarici təyyarələrin müəyyənləşdirilməsi və mümkün insidentlərin qarşısının alınması məqsədilə istifadə olunur.
Rusiya və Çin həmin zonanın beynəlxalq hüquqda hüquqi əsasının olmadığını bildirərək Cənubi Koreyanın bu ərazi üzərindəki yurisdiksiyasını tanımırlar.
Yonhap xatırladır ki, oxşar hadisə təxminən üç ay əvvəl də qeydə alınıb. Həmin vaxt da Cənubi Koreya hərbi təyyarələrini havaya qaldırmışdı.
Dərc vaxtına görə
Xitab24.azoxuduğunuz
Rusiyanın hərbi təyyarələri Cənubi Koreyanı hərəkətə keçirib