Rusiyanı razı salmışıq, Ukraynanın təhlükəsizliyi... - Kuşner


ABŞ Moskvanı Ukraynanın müharibədən sonrakı təhlükəsizliyinə dair istənilən razılaşmanın NATO Nizamnaməsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsi ilə eyni prinsiplərə əsaslanmalı olduğuna inandıra bilib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Berlində keçirilən “İstəkli ölkələr koalisiyası” sammitində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynaya bu cür təhlükəsizlik zəmanətlərinin verilməsini “qəbulolunan” hesab edir. Bununla belə, Kuşner Kremlinin belə bir yanaşmaya qarşı “böyük şübhə və etimadsızlıq” bəslədiyini vurğulayıb. Məhz buna görə də Avropa ilə Rusiya arasında dialoqun bərpasına ehtiyac olduğunu qeyd edib.
“Amerikanın mövqeyinə görə, 5-ci maddəyə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsi həqiqətən çox vacib məsələdir. Düşünürəm ki, Prezident Tramp buna hazırdır. Lakin bu, təbii ki, ABŞ-ın maraqlarına uyğun olmalı və daha geniş təhlükəsizlik tədbirləri paketinin tərkib hissəsinə çevrilməlidir”, – deyə Kuşnerin vurğulayıb.