Rusiyalı aktyor Ukraynada müharibəni pisləyən paylaşımlarını sildi - Foto


Rusiyalı aktyor İvan Oxlobıstin Ukraynada müharibəni pisləyən paylaşımlarını Telegram kanalından silib.
Bizim.Media xəbər verir ki, bu barədə rus mətbuatı yazıb.
Oxlobıstin yazırdı ki, bu müharibə “Tanrının xoşuna gəlmir”, hakimiyyət isə “əlindən gələni edib”.
Onun sözlərinə görə, dostunun cəsədi noyabrın 12-dən bəri “döyüş meydanında qalır və onu indiyədək götürmək mümkün olmayıb”.
Aktyor dostunun “boş yerə həlak olduğunu” da yazıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play
1 mənbə