Rusiyada qadın hərbçilər üçün hərbi xidmət yaşı ARTIRILDI


Rusiya Dövlət Duması qadın hərbçilər üçün hərbi xidmətdə yuxarı yaş həddinin 45-dən 50-yə qaldırılmasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Həmçinin qadın zabitlərin təqaüd yaş həddini 50-dən 55-ə, digər hərbi rütbələrə malik qadınlar üçün isə 45-dən 50-yə qaldırıblar.
Dəyişikliklər yalnız qanun qüvvəyə mindikdən sonra hərbi xidmətə qəbul olunacaq şəxslərə şamil ediləcək.
Qanun layihəsinin izahatında qeyd olunub: “Layihə qadın hərbi qulluqçular üçün əlavə sosial təminatların yaradılması məqsədilə hazırlanıb”.