Kiyevdə Niderland səfirliyinin yaxınlığına mərmi düşüb
Editor.azadmin

19.11.2026 - 22:00
Ukraynanın paytaxtı Kiyevdə Niderland səfirliyinin yaxınlığında mərmi və ya pilotsuz uçuş aparatının qalıqlarının düşməsi nəticəsində binaya cüzi ziyan dəyib.
Niderlandın xarici işlər naziri hadisəni təsdiqləyərək diplomatik nümayəndəliyin yaxınlığında baş verən insident barədə məlumat verib.
Hadisə Ukrayna paytaxtının hava hücumlarına məruz qaldığı və Avropa liderlərinin Berlində təhlükəsizlik məsələlərini müzakirə etdiyi bir vaxta təsadüf edib.
//Samir Qurbanov, Editor.az
