KİV: Fransa, Almaniya və Britaniya Rusiya ilə görüşə hazırlaşır


BAKI, 19 noyabr. TELEQRAF
Fransa, Almaniya və Böyük Britaniya Ukrayna üzrə danışıqları müzakirə etmək üçün Rusiya nümayəndələri ilə görüş keçirmək imkanını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilib ki, bu ölkələrdən birinin milli təhlükəsizlik müşaviri artıq Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovla məsələni müzakirə edib. Söhbətin detalları və görüşün formatı isə gizli saxlanılır.
Xatırladaq ki, Vladimir Putin Çində keçirilən APEC sammitində avropalı rəsmilərin Ukrayna münaqişəsi ilə bağlı mövqelərini dəqiqləşdirmək üçün Moskvaya dəvət edildiyini açıqlamışdı.
