Rusiyada hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artdı - Video


Rusiyanın Kemerovo vilayətində "An-12" hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı artıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Noyabrın 17-də Kemerovo vilayətində planlı uçuş yerinə yetirən "An-12" hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Təyyarə yaşayış olmayan əraziyə düşüb. Ekipaj üzvləri ilə birlikdə göyərtədə olan 19 nəfərin hamısı həlak olub", - deyə hərbi qurumdan bildirilib.
Qəzanın ilkin səbəbi texniki nasazlıq hesab olunur.
Hadisənin təfərrüatının müəyyənləşdirilməsi üçün Rusiyanın Aerokosmik Qüvvələrinin komissiyası hadisə yerində işləyir.
17 noyabr, 22:38
Rusiyanın Kemerovo vilayətində "An-12" təyyarəsinin qəzaya uğramasına mühərriklərdən birində baş verən yanğın səbəb ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, mühərrik uçuş zamanı alışıb. Bundan sonra təyyarənin burnu kəskin şəkildə aşağı enməyə başlayıb. Mühərrikdə baş verən yanğın aviaqəzanın mümkün səbəbi kimi nəzərdən keçirilir.
Qəzaya uğrayan "An-12" təyyarəsinin göyərtəsində 17 nəfər olub. Onların hamısı həlak olub. Təyyarə Novosibirskdən Kanska uçurmuş.
17 noyabr, 19:18
Rusiyanın Kemerovo vilayətində "An-12" tipli təyyarə qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarənin ekipaj üzvləri həlak olublar.
Şahidlərdən birinin sözlərinə görə, təyyarə hələ havada olarkən alışıb. Daha sonra kəskin şəkildə aşağı enərək yerə çırpılıb və partlayıb. Aviaqəza Yaqonovo kəndi yaxınlığında baş verib.
"An-12" təyyarəsinin qəzaya uğraması nəticəsində 17 nəfərin həyatını itirdiyi bildirilir. Qeyd olunur ki, ekipaj üzvləri son ana qədər yanan təyyarəni yaşayış evlərindən uzaqlaşdırmağa çalışıblar.
Qəzanın başvermə şəraiti araşdırılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
oxu.az/dunya/rusiya…
Qaynar xətt:
(055) 224 12 12
1 mənbə
