Rusiyada 120 sərnişinin olduğu elektrik qatarı RELSDƏN ÇIXDI
InterpressXuraman Etibarli


Şaturada elektrik qatarı relsdən çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Şatura şəhərində Tuqoles və Voymejnaya stansiyaları arasında elektrik qatarı relsdən çıxıb.
Hadisə zamanı qatarda 120 nəfərin olduğu bildirilir. İlkin məlumata görə, xəsarət alan yoxdur.
Qəza səbəbindən vilayət istiqamətində qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Xuraman Etibarlı
İnterpress.az
