Rusiya Türkiyə ilə S-400-lərin üçüncü ölkəyə satışı məsələsini müzakirə edir


Rusiya Türkiyə ilə S-400 zenit-raket komplekslərinin üçüncü ölkəyə mümkün satışına dair məsələni qarşılıqlı hörmət və anlaşma çərçivəsində müzakirə edir.
Army.az xəbər verir ki, bu barədə Rusiyanın Ankaradakı səfiri Sergey Verşinin “Hürriyet” qəzetinə müsahibəsində danışıb.
Türkiyənin S-400 sistemlərini başqa bir ölkəyə satmaq qərarına gələcəyi təqdirdə Moskvanın mövqeyinin necə olacağı ilə bağlı suala cavab verən diplomat tərəflər arasında bu mövzuda konstruktiv dialoqun aparıldığını vurğulayıb.
“Türkiyəli dostlarımızla bu məsələ ətrafında çox hörmətli və sakit dialoq aparmağımız məni çox sevindirir. Bu, mənim siyasi mövqeyimdir”, – deyə Verşinin bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da S-400 komplekslərinin Türkiyədən Rusiyanın dost ölkələrindən birinə ötürülməsi ehtimalının müzakirə olunduğunu açıqlamışdı. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlər görülür.
Sizə maraqlı ola bilər
Yunanıstan ABŞ-dan 4 milyard dollarlıq silah və hərbi texnika alacaq
F-35-lərin yarısından çoxu uçuşa hazır deyil – hesabat
Ukrayna ordusu sovet helikopterlərini bu texnika ilə əvəz edəcək – YENİ
Dron müharibəsində yeni mərhələ: uzaqdan minalama qabiliyyəti genişlənir
Post Views: 8
RusiyaS-400Türkiyə
1 mənbə
