“Naxçıvan Poçt” internet provayderi xidməti göstərəcək


Naxçıvan MR-nın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC internet provayder xidməti göstərəcək.
Plat.az-ın əldə etdiyi məlumata görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) MMC-ni internet provayderi kimi uçota alıb.
Şirkət Naxçıvanda ADSL, GPON, Portların icarəsi, Optik kabel üzərindən infrastruktur və digər internet xidmətlərini həyata keçirəcək.
Xatırladaq ki, “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” 2025-ci ildə “Naxçıvanpoçt” və “Naxçıvan Telekom” MMC-lər, o cümlədən “Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi” PHŞ-nin birləşdirilməsi ilə yaradılıb. Qurumun direktoru Hüseyn Əsgərlidir.