Rüdiger Mbappeni müdafiə etdi


İspaniya klubu “Real Madrid”in müdafiəçisi Antonio Rüdiger komanda yoldaşı Kilian Mbappeyə dəstək olub.
Sportify.az xəbər verir ki, almaniyalı futbolçu fransalı hücumçunun müdafiə fəaliyyətində kifayət qədər fəal olmamasına görə tənqid edilməsinə münasibət bildirib.
“İki il ərzində 80-90-dan çox qol vuran və hazırda klubun heyətində 100 qol həddinə çatan futbolçuya mənim işimi görməsini deməliyəm? Bunun heç bir mənası yoxdur.
Tarixə nəzər salın. Qaret Beyl, Kərim Benzema və Kriştianu Ronaldu burada oynayanda vəziyyət necə idi? Onların qazandıqları uğurlara baxın. Onların müdafiədə necə çıxış etdiklərini hər zaman müzakirə etməyimizə ehtiyac yoxdur”, – deyə Rüdigerin sözlərini “The Athletic” nəşri sitat gətirib.
Qeyd edək ki, Mbappe 2025/2026 mövsümündə bütün turnirlərdə 44 oyuna 42 qol vurub. O, İspaniya çempionatında 25, UEFA Çempionlar Liqasında isə 15 qolla hər iki turnirin bombardiri olub.
1 mənbə
