Rubio: “Üç ölkə liderinin görüşü danışıqlar üçün zəmin yaradıb”


Dünya
20 Noyabr 2026, 22:47
0 baxış
ABŞ dövlət katibi Marko Rubio Rusiya, Çin və ABŞ liderlərinin görüşünün üç ölkə arasında gələcək diplomatik və ticarət danışıqları üçün əsas yaratdığını bildirib.
Yenicag.az xəbər verir ki, Rubio bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında danışıb.
O qeyd edib ki, liderlər arasında qarşılıqlı anlaşma və müsbət münasibətlərin qorunması həm ölkələrin, həm də dünyanın təhlükəsizliyi baxımından vacibdir. Onun sözlərinə görə, keçirilən görüş gələcək mürəkkəb diplomatik və ticarət danışıqları üçün platforma formalaşdırıb.
Qeyd edək ki, noyabrın 19-da Rusiya Prezidenti Vladimir Putin, Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp Şençjen şəhərində üçtərəfli görüş keçiriblər.
